Oktyabrın 14-də Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Meslehetci.az” şirkətində qonaq olub.
Partnyorlarımız çay süfrəsi ətrafında fəaliyyətləri barədə məlumat verib, eləcə də “Meslehetci.az” şirkətinin təklif etdiyi xidmətlərlə tanış olublar. Şirkətin həmtəsisçisi Xalid Cəfərov sahibkarlarımızı “Meslehetci.az”ın xidmətləri haqqında məlumatlandırıb.
Nəzərinizə çatdıraq ki, “Meslehetci.az” Azərbaycanda şirkətlərə mühasibat, maliyyə, vergi, kadr və audit xidmətləri göstərən öndə gedən şirkətlərdən biridir. Şirkətin yüksək ixtisaslı və savadlı kollektivi bu işlərin öhdəsindən layiqincə və sevərək gəlməkdədir.
Sonda 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.