Ofis Ziyarəti “Mesa Group” – 31.07.2021

Bugün tibbi və estetik avadanlıqların satışı, servisi və təlimi ilə məşğul olan partnyorumuz “MESA Group” şirkətində qonaq olduq. Görüşdə tanışlıqlarla yanaşı bəzi maraqlı mövzulara da toxunuldu. “MESA Group” şirkətinin rəhbəri Məftun bəy partnyorlarımıza şirkətin fəaliyyəti və idxal etdikləri estetik cihazlar haqqında ətraflı məlumat verdi və ofisi gəzdirərək həm estetik cihazlar, həm də, şirkət daxilində fəaliyyət göstərən təlim bölməsilə tanış etdi. Sonda isə, Məftun bəy və partnyorumuz “İCON Pərdə” şirkətinin rəhbəri Nübar xanım görüşlə bağlı öz təəssüratlarını bizimlə bölüşdülər. Başda Mesa Group şirkətinin rəhbəri Məftun Xəlilov olmaqla, iştirak edən hər kəsə təşəkkürümüzü bildirir və işlərində uğurlar arzu edirik.


Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Mesa Group
İcon Pərdə
Sona Cake House
Hafele
DR Qoşqar
Marsol