27 avqust tarixində sahibkarlarla birlikdə partnyorumuz “MAG TWINS” şirkətinin ofisini ziyarət etdik. Şirkətin rəhbəri Murad bəy bizə məhsullarını təqdim etdi və fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Sonda isə, çay süfrəsində qonaq olduq. Başda Murad bəy olmaqla bizlə birlikdə iştirak edən hər kəsə təşəkkür edirik.

Görüşdə profilaktik qaydalara riayət edilmişdir.

MAG TWINS MMC 2011 ildə rebrendingdən sonra fevral ayından etibarən, Cənubi Koreya avtomobillərinin işlənmiş və yeni ehtiyyat hissələrinin satışı və texniki servisi üzrə fəaliyyət göstərir.
Xidmətlərimizə dəmirçi, rəngsaz, mühərrik, transmissiya, çilingər və elektrik işləri daxildir.
Şirkətimizin əsas qayəsi avtomobil və ehtiyat hissələri bazarında ən münasib qiymət, keyfiyyətli məhsul və məmnun müştəri kontingentini qoruyub saxlamaqdır. 20 illik fəaliyyətimiz dövründə həmişə bunun üçün çalışan şirkətimiz gələcəkdə bu prinsipinə sadiq qalmağı öhdəsinə götürüb. Müştərilərimizin sağ-salamat mənzil başına çatması bizim üçün hər şeydən önəmlidir.

Görüş iştirakçıları:

MAG TWINS

Qaranti finans

Enerji-N