Ofis Ziyarəti “Kovrolin.az” – 24.07.2025

İyulun 24-ü Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Kovrolin.az”da qonaq olublar. Görüş zamanı iştirakçılar bir-biri ilə yaxından tanış olaraq, fəaliyyətləri haqqında məlumat verib və qarşılıqlı fikir mübadiləsi aparıblar. “Kovrolin.az”ın təsisçisi və direktoru Vahid Hüseynov yer döşəmələri sahəsində təcrübələrini bölüşərək iştirakçıları şourumda şirkətin məhsulları ilə əyani şəkildə yaxından tanış edib. Kovrolin.az şirkəti 2005-ci ildən etibarən Azərbaycan bazarında yer döşəmələrinin topdan-pərakəndə satışını və servisini həyata keçirir. Bu tip ziyarətlər biznes subyektləri arasında əlaqələrin genişlənməsinə, təcrübə paylaşımına və gələcək əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır.