Ofis Ziyarəti “Jet Cinema” – 29.07.2025

İyulun 29-da Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Jet Cinema” şirkətində qonaq olub. 

Burada təşkil olunan çay süfrəsi ətrafında “Jet Cinema”nın təsisçisi və direktoru Vasif Muradbəylinin təqdimatı zamanı çəkiliş və montaj üsulları, şirkətin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. 

Görüşdə ənənəvi olaraq iştirakçıların təqdimatları olub, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb, həmçinin Marsol Group-un gələcək fəaliyyətləri ilə bağlı məlumat verilib. 

Jetcinema media mərkəzidir. Film, reklam, video, foto çəkilişlər üçün nəzərdə tutulmuş kamera, lens, işıqlandırma avadanlıqlarını və.s 1 illik zəmanətlə və rəsmi qaydada satın ala bilərsiniz. Bununla yanaşı 50-dən çox şirkətin SMM-ini həyata keçirir, 100-dən çox tədbirin, reklam və tanıtım çarxlarının çəkilişini ediblər. Həmçinin Jetpreschool-da daimi foto və videoqrafiya kursları keçirilir.