Ofis Ziyarəti & İşgüzar Səhər Yeməyi “İdea Consulting” – 20.10.2023

Marsol Group partnyorları bu dəfə “İdea Consulting” şirkətinin ofisini ziyarət ediblər. Görüş çərçivəsində həmçinin iştirakçılar üçün “İşgüzar Səhər Yeməyi” də təşkil olunub. Partnyorlar səmimi mühitdə B2B müzakirələr aparıb, biznes təcrübələrini bölüşmək imkanı əldə ediblər. Davamında “İdea Consulting”in rəhbəri Ceyhun Məmmədovun təqdimatı baş tutub. Ceyhun bəy təqdimatında şirkətin təklif etdiyi hüquq, maliyyə, mühasibat xidmətləri, biznes və İT həllərindən bəhs edib.

Sonra şirkətin ofisində ekskursiya təşkil olunub. İştirakçılar ofislə tanış olub görüş haqqında fikir mübadiləsi aparıblar.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sirab
Prive Steak Gallery
BMZ Collegies
Tuna Pac
AZ Estetik
RİF Ofis mebel
Meqa Həyat Sığorta
Bakcell
Zəhra Clinic
XXI Əsr Məktəbi
Hellmann Worldwide Logistics
İdea Consulting and Solutions