Ofis Ziyarəti – İnci Psixoloji Reabilitasiya Mərkəzi 14.07.2021

Bu dəfə partnyorlarımızla birlikdə “İnci Psixoloji Reabilitasiya Mərkəzi”ndə qonaq olduq. Əvvəlcə partnyorlarımızla birlikdə çay süfrəsində tanışlıqlar baş tutdu və Reabilitasiya mərkəzinin rəhbəri Ramidə xanım fəaliyyətləri haqqında bizlərə ətraflı məlumat verdi. Bununla yanaşı görüşdə psixologiya sahəsindən danışılmış və partnyorlarımız da öz fikirlərini bölüşmüşdür. Daha sonra mərkəzi gəzərək, göstərilən xidmətlərlə daha da yaxından tanış olduq. Başda Ramidə xanım olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Social Lab
Fin Plast
MR Group
Helind
Rota Group
Azprint
Meslehetçi.az
Global Logistics
Flame Tour
Elka Homes