Ofis Ziyarəti – İmprotex İndustries 24.06.2021

24 iyunda partnyorlarımızla birlikdə sənaye sahəsində fəaliyyət göstərən “İmprotex İndustries”də qonaq olduq. Çay süfrəsində tanşlıqlar baş tutdu və sahibkarlar öz şirkətləri haqqında məlumat verdi. Daha sonra “İmprotex İndustries” şirkətinin rəhbəri Orxan bəy bizə gördükləri işlər haqqında ətraflı məlumat verdi. Sonda isə, istehsalatı gəzərək iş fəaliyyəti ilə yaxından tanış olduq. Başda Orxan bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Sabiroğlu MMC
Lunchef Catering
Abşeron Logistika Mərkəzi
Formag Logistika
Cənub Tikinti
Garanti Group
Okuklu Holding
Improtex

 “İmprotex İndustries” MMC öz geniş istehsal spektorunu sizə təqdim edir:
•Anqar tipli tikililər (qarajlar, fabriklər, fermalar və s.);
•Tikililərin müxtəlif metal konstruksiya işləri (fasad, tavan və s. metal konsturksiya elementləri);
•Metal konstruksiyalar və yük avtomobillərinin üst qurğuları, (müxtəlif təyinatlı çənlər, özüboşaldanlar və s.);
•K/t təyinatlı qoşqu və yarım-qoşqular (laftelər, yarım-qoşqu çənlər və s.);
•On/off-shore konstruksiyalar (müxtəlif növ platformalar, avadanlıqların təmiri və s.);
•Metal konstruksiyadan hazır məhsullar (konteynerlər, mobil ofislər və s.)