Ofis Ziyarəti İcon Pərdə Dizayn – 24.07.2021

Bugün partnyorlarımızla “İcon Pərdə Dizayn”ın şourumunda qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış olmuş və şirkətləri haqqında məlumat vermişdir. Daha sonra “İcon Pərdə Dizayn”ın rəhbəri Nübar xanım fəaliyyətləri və məhsulları haqqında ətraflı məlumat vermiş və şourumu gəzdirərək pərdə çeşidləriylə bizi yaxından tanış etmişdir. Sonda isə, Marsol partnyorlarına endirimləri olacağını qeyd etmişdir. Başda Nübar xanım olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
Sağlam DİŞ
Family Construction Company MMC
Akkord Kərpic
İcon Pərdə
SR Broker
Billur MS MMC
Ağ Saray MTK