2 oktyabr tarixində Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Halal P” şirkətində qonaq olublar.
Şirkətin təsisçisi Cavid Babayev, həmçinin direktoru Səbinə Cəfərova şirkətin fəaliyyət istiqamətləri, xidmətləri haqqında ətraflı məlumat təqdimat edib.
Daha sonra partnyorlarımız çay süfrəsi ətrafında əməkdaşlıq imkanlarını müzakirə etmək və öz biznes təcrübələrini paylaşmaq imkanı əldə ediblər.
Həmçinin Metrologiya İnstitunun Baş direktor müavini Madar Quliyev də görüşdə iştirak edərək qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib, əməkdaşlıq imkanları barədə müzakirə aparıb.
Sonda partnyorlarla birlikdə şourum ziyarət edilib.
Nəzərinizə çatdıraq ki, “Halal-P” şirkəti 1996-cı ildə təsis edilib və bu gün ölkə ərazisində mətbəə, bank, korporativ və arxivlər üçün avadanlıq və həllərin iri təminçilərindən biri hesab olunur. Respublikamızın bir sıra strukturlarının, mətbəə və kitabxanalarının, bir sıra bankların xəzinə mərkəzlərinin, universitet və özəl şirkətlərin çap və skan infrastrukturunun, arxivlərin yaradılmasında uğurlu nəticələr əldə edib.
Dünyaca məşhur Konica Minolta, Koenig & Bauer, Giesecke+Devrient, Pantum, Ricoh, İDEAL kimi şirkətlərin ölkəmizdə rəsmi və eksklüziv təmsilçisidir. Peşəkar və təcrübəli servis dəstəyi mərkəzi mövcuddur.