Ofis Ziyarəti “Həkim Baba” sağlamlıq mərkəzi – 24.02.2022

Bu gün MARSOL partnyorlarımızla birlikdə xalq təbabətini müasir avadanlıqlarla, tam gigiyenik, birdəfəlik alətlərlə, kliniki şəraitdə xalqımıza təqdim edən ilk mərkəz olaraq tanınan və  2021-2022 MARSOL sponsorlarından olan “Həkim Baba” sağlamlıq mərkəzində qonaq olduq. Partnyorlarımız arasında ənənəvi olaraq tanışlıqlar oldu və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verdi. Mərkəzin rəhbəri Etibar bəy fəaliyyətləri haqqında ətraflı məlumat verdikdən  sonra partnyorlarımız sağlamlıq mərkəzini gəzərək xidmətlərlə tanış olublar.  

Həmçinin görüş zamanı “Birgə və Sağlam İctimai Birliyi” ilə “Həkim Baba” sağlamlıq mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən autizimli uşaqlar, onların ailələri və onlarla işləyən mütəxəssislər “Həkim Baba” sağlamlıq mərkəzinin xidmətlərindən ödənişsiz yararlana biləcəklər.

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

MM Logistic
Green Med
Efor
Birgə və Sağlam İctimai birliyi
Fresh air
Thinkvise