Ofis Ziyarəti “Grow Audit” MMC – 07.09.2022

Bu gün partnyorlarımızla birlikdə “MARSOL” MMC-nin 2021 – 2022 sponsorlarından olan “Grow Audit” şirkətinin qonağı olduq. Şirkətin rəhbəri Orxan bəy partnyorlarımıza fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Belə ki, “Grow Audit and Consulting” MMC şirkətinin 2011-ci ildən bəri əsas xidmətlər bazasının zəmanət və keyfiyyətdən ibarət olduğu mühasibat, vergi, hüquq və audit xidmətləri sahəsində imkanlarını genişləndirərək müştərilərin ehtiyaclarına cavab verir. Həmçinin Orxan bəy rəhbərlik etdiyi və “Marsol” partnyoru olan digər 2 şirkət: “PrimEx” və “GR Group” haqqında da ətraflı məlumat verdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Nano
MSDİS Holding
Mobil Group
Fire Universal Group
Ak Piping
Sarp System
Caspian Energy Group
Beynəlxalq Tədris Mərkəzi
Moon Group
Best Bearings