Ofis Ziyarəti “Grow Audit” – 27.07.2022

Bu gün partnyorlarla birgə növbəti “Ofis Ziyarətimiz” “MARSOL” MMC-nin 2021 – 2022 sponsorlarından olan “Grow Audit” şirkətində baş tutdu. Partnyorlarımız “Grow Audit” şirkətinin fəaliyyəti haqqında şirkətin rəhbəri Orxan bəy tərəfindən məlumatlandırıldı. Belə ki, şirkətin rəhbəri Orxan bəy “Grow Audit and Consulting” MMC şirkətinin 2011-ci ildən bəri əsas xidmətlər bazasının zəmanət və keyfiyyətdən ibarət olduğu mühasibat, vergi, hüquq və audit xidmətləri sahəsində imkanlarını genişləndirərək müştərilərin ehtiyaclarına cavab verən şirkət olduğunu vurğuladı. Həmçinin Orxan bəy rəhbərlik etdiyi və “Marsol” partnyoru olan digər 2 şirkət: “PrimEx” və “GR Group” haqqında da ətraflı məlumat verdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Hafele
S-Enna
Rasmar
BF Group
Azərtexservis
Tekaz
Flyer.az
Kartpak
Unilift
Baycan
Grow Audit