Noyabrın 26-da Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “GBL Logistics” şirkətində qonaq olublar.
Görüşdə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının sədri Vüsal Qasımov həmçinin şirkətin icraçı direktoru Xəndan Rəfiq assosiasiyanın fəaliyyətləri barədə ətraflı məlumat verib.
Daha sonra partnyorlarımız çay süfrəsi ətrafında əməkdaşlıq imkanlarını müzakirə etmək və öz biznes təcrübələrini paylaşmaq imkanı əldə ediblər.
Sonda partnyorlar “Baki KOB” Gömrük postunu ziyarət ediblər və post rəisi Nicat Muxtarlı iştirakçıları görülən işlər və xidmətlər barədə tanış edib.
Nəzərinizə çatdıraq ki, GBL şirkəti 2018-ci ildən yaradılıb. GBL Group Yük Ekspeditorları Assosiasiyalarının Beynəlxalq Federasiyasının (FIATA) üzvüdür. FIATA bütün dünya üzrə logistika və nəqliyyat-ekspeditor şirkətlərini və onların assosiasiyalarını birləşdirən, sahənin maraqlarını təmsil edən, təşviq və müdafiə edən, daşıma ilə məşğul olan beynəlxalq orqanların iclaslarında məsləhətçi və ya ekspert qismində iştirak edən bir təşkilatdır.


