Ofis Ziyarəti – GANTE Mutfak – 22.07.2021

Bugün mətbəx mebeli sahəsində fəaliyyət göstərən partnyorumuz “GANTE MUTFAK” şirkətinin şourumunda qonaq olduq. Bizimlə birlikdə götrüşdə iştirak edən partnyorlarımız bir-birlərilə tanış oldu və öz şirkətləri haqqında məlumat verdilər. Daha sonra “GANTE MUTFAK”ın rəhbəri Murad bəy fəaliyyətləri və məhsulları haqqında ətraflı məlumat verərək şourumu gəzdirdi və məhsulları ilə yaxından tanış etdi. Başda Murad bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

One Smart Star
Bimtek
Avtotemir.az
De Promo
Vibrostone
Gante Mutfak
Marsol