Ofis Ziyarəti – “Foto Xalça” 27.05.2021

Bugün hədiyyə sektorunda fəaliyyət göstərən partnyorumuz “Foto Xalça” şirkətinin ofisini ziyarət etdik. “Foto Xalça”nın rəhbəri Orxan bəy bizlərə şirkətin fəaliyyəti haqqında məlumat verdi və qeyri adi, orijinallığı ilə seçilən hədiyyəlik foto xalçalarla yaxından tanış etdi. İştirak edən partnyorlarımız da öz növbəsində bir-birlərilə yaxından tanış oldular. Sonda isə Orxan bəy “MARSOL” partnyorlarına olan xüsusi endirimlərini də qeyd etdi. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

EVA Team Agency

Strix

Sky Supply

Gedebey Water

Azestetik

2011-ci ildə, hədiyyə sektorunda qeyri-adi, orijinallığı ilə seçilən bənzərsiz hədiyyə yaratdıq. Ailə fotolarını, portretləri, logoları xalça üzərinə ən müasir texnologiya ilə toxuyaraq insanlarda özəllik və dəyərlilik hissi yaşatdıq!
8 illik fəalliyyətimizdə sıravi insanlardan tutmuş bir çox ictimai-siyasi xadimlərə, tanınmış məşhurlaradək.ş sevilən-seçilən yüz minlərlə insanı duyğulandırmışıq. Bir çox uğurlu korporativ işlərə imza atmışıq. Qabaqcıl banklarla, səfirliklər, dövlət qürumları və özəl təşkilatlarla əməkdaşlıq tarixçəmiz var.
Əslində, biz xalça satışı ilə məşğul olmuruq. İnsanlara xoşbəxtlik, sevinc hissi bəxş edib, nəsildən-nəslə ötürülən əvəzsiz miras buraxırıq.
Əsas missiyamız hər gün insanları sevindirmək və sevinclərə vəsilə olmaqdır!
Ən əsas dəyərlərimizdən biri də odur ki, bir dəfə xalça alan mütləq 2-ci dəfə bizdən alır və ya yaxınlarına tövsiyə edir!