Ofis ziyarəti “Foto Xalça” – 12.01.2023

12 yanvar tarixində hədiyyə sektorunda fəaliyyət göstərən partnyorumuz “Foto Xalça” şirkətinin qonağı olduq. İştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular. Ardınca “Foto Xalça”nın rəhbəri Orxan Hüseyn bizlərə şirkətin fəaliyyəti haqqında məlumat verdi və qeyri adi, orijinallığı ilə seçilən hədiyyəlik foto xalçalarla yaxından tanış etdi.

Sonda isə Orxan bəy görüşdə iştirak edənlərə hədiyyə xalçalar təqdim etdi, “MARSOL” partnyorlarına xüsusi endirimləri olduğunu vurğuladı.

“Foto Xalça” 2011-ci ildə fəaliyyətə başlayaraq hədiyyə sektorunda qeyri-adi, orijinallığı ilə seçilən bənzərsiz hədiyyə hazırlayır. Ailə fotolarını, portretləri, logoları xalça üzərinə ən müasir texnologiya ilə toxuyaraq insanlarda özəllik və dəyərlilik hissi yaşatmaqdadır!

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzu edirik.

İştirak edən şirkətlər:

Sofistico
Şəms tərcümə
La Liga
Onur Plast
Beynəlxalq Təhsil Mərkəzi
Xalq Həyat
Moboil
Best Tech
Acıbadəm
BHB
Gobustone
SOCAR Petroleum
Foto Xalça
Rövşənoğlu Holdinq