Ofis Ziyarəti – Fostanpak 17.06.2021

Bugün plastik və alüminium qabların, kağız və plastik stəkanların, fast food, tibbi və təmizlik məhsullarının, streç və folqaların və digər birdəfəlik məhsulların istehsalı ilə məşğul olan partnyorumuz “Fostanpak” şirkətini ziyarət etdik. Şirkətin rəhbəri Səbuhi bəy bizi çay süfrəsində qonaq etdi. İlk öncə partnyorlarımız bir-birlərilə tanış olaraq şirkətləri haqqında məlumat verdilər. Daha sonra Səbuhi bəy şirkətin fəaliyyəti və məhsulları haqqında ətraflı məlumat verərək bizi istehsalatla yaxından tanış etdi. Sonda isə, partnyorlarımıza şirkətin məhsullarından hədiyyə etdi. Başda Səbuhi bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Lunchef Catering
Sona Cakes
Atmosphere
Mood Concept
İnsert
Smart Hotel Managment

Şirkət 1998-ci ildə təsis edilmişdir. Fəaliyyət sahəsi “MONOPAK” brendi altında plastik və alüminium qabların, kağız və plastik stəkanların, fast food, tibbi və təmizlik məhsullarının, streç və folqaların və digər birdəfəlik məhsulların istehsalı və satışını əhatə edir. Həmçinin bu sahədə bir çox xarici şirkətlərin, Almaniya, Türkiyə, Danimarka, Polşa, Ukrayna, Rusiya, Malayzia, Çin və digər ölkələrin istehsalçılarının Azərbaycanda distribyutorluğunu həyata keçirir.