Ofis Ziyarəti “Formag-Baku” MMC – 03.08.2022

Bu gün partnyorlarla birgə növbəti “Ofis Ziyarət”imiz “Formag-Baku” şirkətində baş tutdu. İştirak edən sahibkarlar bir-birlərilə yaxından tanış oldular, daha sonra, «Formag-Baku»nun icraçı diektoru Nəcəf bəy şirkətin fəaliyyəti və gördükləri işlər haqqında sahibkarlara ətraflı məlumat verdi. Bununla yanaşı görüşdə logistika sahəsilə bağlı bir sıra mövzulara toxunuldu. Şirkətin fəaliyyəti haqqında qısa təqdimat videosu izləndi.

“Formag-Baku” şirkəti 2004-cü ildən Azərbaycanda beynəlxalq logistika xidmətləri göstərir. Bu illər ərzində Azərbaycanın logistika və yükdaşıma bazarında mühüm təcrübə əldə etmiş və bir çox işlər görmüşdür. Hazırda Amerika, Avropa, Asiya, Afrika, Avstraliya və Okeaniya ölkələrindən hər növ nəqliyyat daşımaları və logistik xidmətləri həyata keçirir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Macis Consulting
Texno Gallery
Hafele Azərbaycan
Kirpi Tekstil
BF Home
Allplast
Lucky Office Support