Ofis Ziyarəti “Formag Baku” – 17.10.2023

Bu gün “Ofis Ziyarəti” çərçivəsində sahibkarlarla birlikdə “Formag Baku” şirkətində bir araya gəldik. Partnyorlar çay süfrəsi ətrafında tanış olduqdan sonra biznes təcrübələrini bölüşüb səmimi mühit yaranmasına vasitəçi oldular. Daha sonra şirkətin direktor müavini Ramin Hüseynov təqdim olunan xidmətlər haqqında məlumat verib Azərbaycanın logistika və yükdaşıma bazarında əldə etdikləri təcrübələri bölüşdü. Görüşün davamında sahibkarlar “Formag Baku” şirkətinin fəaliyyəti haqqında fikir mübadiləsi apardılar.

Qeyd edək ki, 2004-cü ildən Azərbaycanda beynəlxalq logistika xidmətləri göstərən “Formag Baku” hal-hazırda Amerika, Avropa, Asiya, Afrika, Avstraliya və Okeaniya ölkələrindən hər növ nəqliyyat daşımaları və logistik xidmətlər həyata keçirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Rövşənoğlu Holding
Aila’s Group
Halal-P
MG Motors
Klimatex
Başak Supply
EMAZ
İndikator Avto
Sleep And Bed
Elektro Mall
Sofistico