Ofis Ziyarəti “Fire Universal Group” – 01.08.2023

Biznes yolunda sahibkarlar arasında qarşılıqlı əlaqələri gücləndirməyi hədəflədiyimiz ofis ziyarətimizin bugünkü ünvanı “Fire Universal Group” şirkəti olub. Görüşdə iştirak edən partnyorlar arasında yeni tanışlıqlar baş tutub. Həmçinin şirkətin rəhbəri Şahin Xudaverdiyev yanğınsöndürmə avadanlıqlarının satışı, quraşdırılması və servisi haqqında partnyorları məlumatlandırıb. Bununla yanaşı, Şahin bəy bizi şouruma dəvət edərək avadanlıqlarla yaxından tanış edib. Daha sonra şirkət tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Fire Universal Group” avtomatik yanğınsöndürmə sistemləri, tüstüsovurma, yanğınsöndürən balonlarla yanaşı, şirkət təxliyyə planının hazırlanması, video-müşahidə, səsləndirmə və girişə nəzarət sistemləri avadanlıqlarının satışı, quraşdırılması və servis xidmətini həyata keçirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

BMY Caspian
Sumqayıt Ticarət Mərkəzi
Storm Engineering
Fire Universal Group
R.İ.V Steel Construction
Archi Glass
Zetaş Yapı
Abşeron Logistika Mərkəzi
Veysəloğlu Holding
Emlak.az