Ofis Ziyarəti “Express Services and Logistics” – 19.10.2021

Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil ediyimiz “Ofis Ziyarətimiz” bu dəfə “Express Services & Logistics” şirkətində baş tutdu. İştirak edən partnyorlar bir-biriləri ilə tanış oldu, daha sonra “Express Services & Logistics” şirkətinin rəhbəri Anar bəy şirkətin fəaliyyəti və beynəlxalq yük daşımaları haqqında ətraflı məlumat verdi. 2010-cu ildə Çinin Quancou şəhərində təsis olunan şirkət Cənub-Şərqi Asiya ölkələrindən (Çin,
Cənubi Koreya, Tayvan, Hindistan, Dubay) mal ixrac edən bir yük-ekspeditor şirkəti olaraq işə başlamışdır. Hal-hazırda, fəaliyyət coğrafiyasını zamanla test edilmiş tərəfdaşlar və təcrübəli əməkdaşlar şəbəkəsi vasitəsilə genişləndirmişdir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Diamond Glass Azərbaycan
Express Services Logistics
Enilift
Good Finance
Net Elektrik
Armaad Group