Ofis Ziyarəti “ERZ Ofis Mebeli” -16.02.2023

Bugün 2022-2023 Marsol sponsorlarından biri olan “ERZ Ofis Mebeli” şirkətinin şourumunda qonaq olduq. Şirkətin həmtəsisçiləri Rəşad Babayev, Zaur Hüseynov və Elçin Aslanoğlu fəaliyyətləri və məhsulları haqqında məlumat verdilər. Daha sonra çay süfrəsi ətrafında tanışlıqlar baş tutdu. Ən sonda isə şourum gəzintisi edərək şirkətin məhsulları ilə daha yaxından tanış olduq.

2016-cı ildən fəaliyyət göstərən “ERZ Ofis Mebeli” ofis mebelləri, ofis kresloları, yumşaq mebel, özəl layihələr, təhsil və tədris mərkəzləri, dövlət və özəl müəssisələr üçün müxtəlif təyinatlı mebellərin sifarişini həyata keçirməkdədir. “ERZ Ofis Mebel” şirkəti, səmərəli ofis və layihələr hazırlamaq və xoş iş yerləri yaratmağın qüruru ilə 7 ildir müştəriləriləri üçün ən yaxşısını istehsal edir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Ahmadoglu
Dekoriza
Acıbadəm Sağlık Qrupu
Facet
Şərq-Qərb Nəşriyyat
Arter
ADRA
La Liga Lounge ( Game Center )
Net Elektrik
Fooda Culinary
Hood Academy
Logitrans
ERZ Ofis Mebeli