Ofis Ziyarəti “Eco Life” – 06.08.2025

Avqustun 6-sı işıqlandırma və aydınlatma avadanlıqlarının satışını həyata keçirən Marsol Group partnyoru “Eco Life”da sahibkarlarla bir araya gəldik.

Görüş zamanı sahibkarlar arasında məqsədyönlü tanışlıq həyata keçirildi, mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı. Eyni zamanda, “Eco Life” şirkətinin təsisçi və direktoru Etibar Vəliyev tərəfindən şirkətin fəaliyyəti və təqdim etdiyi məhsullar barədə sahibkarlara ətraflı məlumat verildi.

Sonda sahibkarlar şourumda məhsullarla yaxından tanış oldular.

Eco Life artıq 12 ildir ki, Azərbaycan bazarında keyfiyyətli işıqlandırma və aydınlatma avadanlıqları sahəsində fəaliyyət göstərir. Son 8 ildə isə Ecolife brendi ilə zəmanətli və keyfiyyətli LED işıqlandırmaların istehsal və idxalını həyata keçirir.

This will close in 0 seconds