Ofis Ziyarəti “De Promo” MMC – 10.08.2022

Bu gün partnyorlarla birgə növbəti “Ofis Ziyarəti”miz “De Promo” şirkətində baş tutdu.

Bizi şirkətin rəhbəri Araz bəy qarşıladı. Tanışlıq olduqdan sonra bizə öz fəaliyyətlərindən və bu sahədəki yeniliklərdən danışdı. Promo məhsulları ilə daha yaxından tanış olduq. Ən sonda isə partnyorlarımıza hədiyyələr təqdim etdi.

“De Promo” şirkəti 2013-cü ildən poliqrafiya xidmətləri, promo hədiyyələrinin istehsalı, təşkili və hazırlanması, sərgi stendlərinin dizayn projelərinin hazırlanması, tekstil məhsullarının dizaynı və istehsalı, daxili və xarici reklam işlərinin istehsalı, hədiyyə qutularının və bağlamaların dizaynı və istehsalı, hər cür məhsul üzərinə brendinq xidməti sahələri üzrə fəaliyyət göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Məsləhətçi.az
İndiqator Avto
Sabiroğlu
Shams Group
Strix
D-İT
Əmlak.az
Best Tech