Ofis Ziyarəti – CORN Advertising 01.06.2021

Bu dəfə partnyorlarımızla birlikdə rekalm sahəsində fəaliyyət göstərən “CORN Advertising”in ofisində qonaq olduq. Əvvəlcə görüşdə iştirak edən şirkətlər öz biznesləri haqqında məlumat verərək tanış oldu, sonra isə, “CORN Advertising” şirkətinin rəhbəri Tural bəy fəaliyyətləri və göstərdikləri xidmətər haqqında ətraflı məlumat verdi. Başda Tural bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

CORN Advertising
Nİ Group
Kürrə Pizza
Dinçer və Çarçıoğlu BM
Avtolüks Azərbaycan
Ağ Saray Residence

Biz – “Corn” reklam agentliyi olaraq, həyatımızda ən faydalı bitkilərdən biri olan qarğıdalıdan qaynaqlandıq. İşimizi onun düzülüşü kimi simmetrik, faydası kimi dəyərli etdik. Hər zaman ən yaxşısını etməyə və etdiklərimizi ən doğru şəkildə təqdim etməyə çalışırıq. Biz kollektiv ruhunu artan saydakı işlərimizlə əks etdiririk. “Corn Advertising” 10 ildən artıq fəaliyyət göstərən uğurlu şirkət olmaqla yanaşı, həm də işini bilən və hər müştərisini uğura aparan mütəxəssislərdən ibarət peşakar komandadır. Biz hər sifarişimizə fərdi yanaşaraq, müştəri məmnuniyyətini ön plana çəkirik. Hər dəfəsində daha uğurlu nəticələr əldə etmək üçün bütün gücümüzü sərf edirik.