Ofis Ziyarəti “Coffee La Ros`s” – 14.08.2024

Partnyorlarımızla avqustun 14-ü restoran və kafe sahəsində fəaliyyət göstərən “Coffee La Ros`s”da səmimi mühitdə bir araya gəldik.

Bir çox insanın sevimlisi olan müxtəlif çeşidli qəhvələrin satışını həyata keçirən partnyorumuz “Coffee La Ros`s”un təsisçisi və direktoru Rafiq Lətifov müəssisənin fəaliyyətləri haqqında məlumat verdi, partnyorlarımızla həmsöhbət oldu.

Görüşün davamında, partnyorlarımız da öz xidmətləri və fəaliyyət sahələrini tanıdıb, bu istiqamətdə fikir mübadiləsi aparıblar.