Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində mayın 15-i “CAMPHOOD” şirkətində qonaq olublar.
Görüş zamanı iştirakçılara “CAMPHOOD” düşərgə layihələri barədə ətraflı məlumat verilib, şirkətin rəhbəri Orxan Dadaşov uşaqların sosiallaşması, şəxsi inkişafı və dünyagörüşünün artırılması istiqamətindəki fəaliyyətlərindən bəhs edib.
Həmçinin, iştirakçılar öz fəaliyyətləri ilə bağlı maraqlı təqdimatlar edib, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb.
