Ofis Ziyarəti “Birgə və Sağlam” İctimai Birliyi – 06.07.2023

Bugünkü ofis ziyarətimiz sosial tərəfdaşımız olan Birgə və Sağlam İctimai Birliyinin “Kashalata” kafesində baş tutub. Görüşdə “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verməklə yanaşı, cəmiyyətdə maarifləndirici rol oynayan maraqlı mövzuları tərəfdaşlarımıza çatdırıb.

Aytən xanım qonaqları müəssisənin fəaliyyətlərinin gerçəkləşdirildiyi zal və sinif otaqları ilə tanış edib və sosial məsuliyyət layihələrinə önəm verdiklərini vurğulayaraq “Birgə və Sağlam” İctimai Birliyinin əlillərinin sosial həyata inteqrasiyası istiqamətində gördüyü işlərdən danışıb. Daha sonra qonaqlarımız üçün autizmli gənclərin musiqili konserti təşkil olunub. Gənclər səhnədə möhtəşəm çıxışlar edərək qonaqlara xoş musiqi təəssüratı yaşadıblar.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Ağ Saray Residence
İdea Consulting
Mobil Group
İvento
Sofistico
Şərq-Qərb
Proftez
SR Group
Mart Group
Birgə və Sağlam İctimai Birliyi