Ofis Ziyarəti “Birgə və Sağlam” – 10.01.2024

Marsol Group-un sosial tərəfdaşı olan “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzində sahibkarlarla ofis ziyarəti baş tutub. Görüşdə sahibkarlar üçün “İşgüzar Səhər Yeməyi” də təşkil olunub. Autizmli gənclərin xidmət göstərdiyi “Kashalata” kafesində partnyorlar mərkəzin fəaliyyət istiqamətləri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. Gənclərin xoş musiqili tamaşası ilə səmimi mühitdə maraqlı anlar yaşanıb.

Görüşün davamında isə “Birgə və Sağlam” İctimai Birliyinin rəhbəri Aytən Eynalova partnyorları xüsusi qayğıya ehtiyac duyan autizmli uşaqların və böyüklərin sosial bacarıqlarının inkişafı üçün təşkil olunan fəaliyyətlərin gerçəkləşdirildiyi zal və otaqlarla yaxından tanış edib. Həmçinin, Aytən xanım gənclər üçün təşkil olunan tədris proqramı, nitq, idman və musiqi terapiyası kimi fəaliyyətlər haqqında partnyorları məlumatlandırıb.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sky Lift
Proav
Lucky Office Support
L-Sim
Mado
BestTech
Mediazade
Emaz
Logitrans