Ofis Ziyarəti “Beynəlxalq Təhsil Mərkəzi” – 16.03.2023

Partnyorlarımızla birlikdə bu dəfəki ofis ziyarətimizin növbəti ünvanı Beynəlxalq Təhsil Mərkəzi oldu. Müəssisənin təsisçisi və direktoru olan Ramal Şəmşədli bizi çay süfrəsi ətrafında qonaq etdi. Partnyorlar arasında tanışlıqlar oldu. Daha sonra Ramal bəy bizə şirkətin əsas fəaliyyət istiqaməti və gənclərin uğurlu gələcəyinə vəsilə olmaq üçün necə çalışdıqları haqqında danışdı

2017-ci ildən fəaliyyət göstərən Beynəlxalq Təhsil Mərkəzi Türkiyə, Amerika, Avropa ölkələri üzrə həm əyani, həm də qiyabi bakalavr, magistratura və doktorantura üzrə qəbullar alır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Billur MS
Red Academy
Mobil Group
Oneamz
Kovrolin.az
Qurban.az
Şərq – Qərb
RiF Ofis Mebeli
Foto Xalça