Ofis Ziyarəti “Beynəlxalq Təhsil Mərkəzi” – 09.07.2025

Ofis ziyarəti çərçivəsində bu dəfə 2025-ci il üzrə Marsol Group sponsoru “Beynəlxalq Təhsil Mərkəzi” ziyarət olunub.

İyulun 9-u baş tutan görüş çərçivəsində partnyorlarımız ənənəvi olaraq fəaliyyətləri haqqında məlumat verib, təhsil sektorunda təcrübələrini bölüşüblər. “Beynəlxalq Təhsil Mərkəzi”nin təsisçisi və direktoru Ramal Şəmşədli mərkəzin fəaliyyət istiqamətləri haqqında təqdimat edib, gənclər üçün təhsil imkanları, xaricdə təhsil prosesinin üstünlükləri, qəbul mərhələlərində dəstək xidmətləri və digər mövzularla bağlı ətraflı məlumat verib. 

Həmçinin, Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, məşğulluq sahəsində sahibkarlarla əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Sonda, iştirakçılar müəssisənin fəaliyyətlərinin gerçəkləşdiyi zal və sinif otaqları ilə əyani formada tanış olublar.

Qeyd edək ki, 2017-ci ildən fəaliyyət göstərən “Beynəlxalq Təhsil Mərkəzi” Türkiyə, Amerika, Avropa ölkələri üzrə həm əyani, həm də qiyabi bakalavr, magistratura və doktorantura pillələri üçün qəbul proseslərini təşkil edir.