Ofis Ziyarəti “AzEstetik Group” – 14.03.2023

Bu gün partnyorlarımızla birlikdə AzEstetik şirkətində qonaq olduq. AzEstetikin rəhbəri Fariz Məmmədov çay süfrəsi ətrafında partnyorlarımızı qonaq etdi və fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Daha sonra Fariz bəyin rəhbərliyi ilə ofis daxilində fəaliyyət göstərən dental laboratoriya, kosmetoloji tədris mərkəzi və kosmetoloji avadanlıqlarla yaxından tanış olduq.

AzEstetik Group şirkəti stomatoloji və kosmetoloji sahələrdə beynəlxalq aləmdə tanınmış 45-dən çox şirkətlə əməkdaşlıq edərək, yerli bazara keyfiyyətli avadanlıq və materiallarla yanaşı, etibarlı servis də təqdim edir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Adıgözəl & TİAK
Baobab Medical & Healthcare
World Karyera və Peşə Mərkəzi
Master Cleaning
Nativis
166 Yükdaşıma & Logistika
Porland Porselen
KYS Belgelendirme
Azestetik Group