Ofis Ziyarəti – AzEstetik Group 02.06.2021

Bugün ən son texniki tələbatlara cavab verən stomatoloji və kosmetoloji aparat, avadanlıq və təchizatların satışı və servisi ilə məşğul olan partnyorumuz “AzEstetik Group”un ofisində qonaq olduq. Əvvəlcə partnyorlarımızla birlikdə çay süfrəsində tanışlıqlar baş tutdu və “Azestetik Group”un rəhbəri Fariz bəy şirkətin fəaliyyəti haqqında bizlərə ətraflı məlumat verdi, sonda isə, “MARSOL” partnyoru olan şirkətlərə endirimləri olacağını vurğuladı. Daha sonra ofisi gəzərək, ofis daxilində fəaliyyət göstərən dental laboratoriya, kosmetoloji tədris mərkəzi və kosmetolojı avadanlıqlarla yaxından tanış olduq. Başda Fariz bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

AzEstetik Group
Grow Agency
Marsol MMC
Şərq Motors
İcon Pərdə
Erz Mebel
Homeguide
Outside
Beauty Sign