Ofis Ziyarəti “AZENA” – 28.10.2021

Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil ediyimiz “Ofis Ziyarətimiz” bu dəfə “AZENA” şirkətində baş tutdu. Partnyorlar həm, “AZENA” şirkətinin fəaliyyəti haqqında məlumatlandı həm də, biznesə dair bəzi mövzular haqqında müzakirələr etdilər. Şirkətin rəhbəri Rəşad bəy fəaliyyətləri və gördükləri işlər haqqında geniş məlumat verdi. Daha sonra partnyorlarımızla birgə ofisi gəzərək istehsal etdikləri bəzi məhsullara yaxından baxış keçirmək imkanımız oldu. Ən sonda isə, partnyorumuz “Şərq Motors”un servis və ofisini ziyarət etdik, fəaliyyətlərilə yaxından tanış olduq.

“AZENA” MMC şirkəti hər növ tikinti, təmir, metal konstruksiyanın quraşdırılması və istehsalat layihələrinin həyata keçirilməsi, eləcə də, rəqabətə davamlı qiymətlərlə ən yüksək keyfiyyətli məhsulların, materialların, avadanlıqların təmin edilməsi sahəsində ixtisaslaşmışdır. 

Başda Rəşad bəy olmaqla İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Acıbadem
Garanti Group
AS Avtomatika
Şərq Motors
Qobustone
Atmosphere Lounge
GreenWood