Ofis Ziyarəti “AZ Tyre Portal” – 14.08.2025

Avqustun 14-ü Marsol Group partnyoru “AZ Tyre Portal”da sahibkarlarla bir araya gəldik.

Görüş zamanı sahibkarlar çay süfrəsi ətrafında öz biznes təcrübələrini bölüşüb, həmçinin “AZ Tyre Portal”ın fəaliyyətləri və məhsulları haqqında fikir mübadiləsi aparıblar. Şirkətin təsisçisi Əliyar Əliyarov təqdimat çərçivəsində, “AZ Tyre Portal”ın məhsullarını tanıdıb, layihələri haqqında məlumat verib.

Daha sonra şourumda şirkətin məhsulları ilə yaxından tanışlıq olub.

Nəzərinizə çatdıraq ki, AZ Tyre Portal Azərbaycan Avtomobil Təkər Portalı olaraq fəaliyyət göstərir. Sektor üzrə istənilən növ minik, 4×4 SUV, OFF-Road, yüngül yük, ağır yük, kənd təsərrüfatı və ağır sənaye təyinatlı təkər və akkumulyatorların satışı və düzgün seçimi təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir.

This will close in 0 seconds