İyulun 22-si Marsol Group partnyorları “Almond” şirniyyat evində “Ofis Ziyarəti” çərçivəsində bir araya gəlib.
Görüşdə ənənəvi olaraq iştirakçıların təqdimatları olub, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb, həmçinin Marsol Group-un gələcək fəaliyyətləri ilə bağlı məlumat verilib.
Almond Cake and Bakery mağazalarının fərqləndirici xüsusiyyəti, sahələrində peşəkarlığı ilə seçilən ustalar tərəfindən hazırlanan şirniyyatların xüsusi reseptlərə əsaslanmasıdır. Bu prosesdə yalnız təzə və yüksək keyfiyyətli inqrediyentlərdən istifadə olunur ki, bu da şirniyyatların unikal və dadlı olmasını təmin edir. Mağazalarda, həmçinin, dietik, şəkərsiz və qlütensiz şirniyyatlar da mövcuddur.
Görüş əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələrlə davam edib.