Sentyabrın 16-da Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “ABV- Araznet” şirkətində qonaq olub.
Görüş, şirkətin təsisçisi Surxay Ələkbərovun “ABV- Araznet”ın fəaliyyətləri və məhsulları haqqında təqdimatı ilə davam edib.
Həmçinin hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Nəzərinizə çatdıraq ki, “ABV- Araznet” dünyanın aparıcı şirkətlərinin istehsalı olan videonəzarət və təhlükəsizlik sistemlərinin, rəqəmsal dünyanın avadanlıqlarının topdan və pərakəndə satışı üzrə peşəkarlaşmış çoxdillerli şirkətdir.
Sonda isə ofisdə infotur təşkil olunub, iş mühitilə yaxından tanışlıq olub və qonaqlara şirkət tərəfindən hədiyyələr təqdim olunub.