Oktyabrın 16-da Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Abşeron Logistika Mərkəzi”də qonaq olub.
Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
“Abşeron Logistika” və “Abşeron Sənaye Parkı” şirkətlər qrupunun Biznes Departamentinin rəhbəri Elçin Adiyev fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında geniş məlumat verib. Həmçinin sahibkarları maraqlandıran sualları cavablandırıb.
Görüşün sonunda logistika mərkəzinin anbarı ilə yaxından tanışlıq olub. İştirakçılara anbar və yüklərin saxlanması ilə bağlı ətraflı məlumat verilib.
Nəzərinizə çatdıraq ki, Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq sertifikata malik, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlamışdır. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda – Lökbatan qəsəbəsində yerləşir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi ilə xidmətinizdədir.