Ofis ziyarəti çərçivəsində müasir iş dünyasının əsas tələblərindən biri olan onlayn ödəniş sistemləri sahəsində fəaliyyət göstərən partnyorumuz “Token Azərbaycan”ı ziyarət etdik.
Mayın 31-i baş tutan görüşdə şirkətin direktoru Raşit Kartal və nümayəndəsi Sabir Zeynallı onlayn ödəniş sistemləri, bu sistemlərin iş proseslərinin effektivliyində rolu haqqında məlumat verib.
Həmçinin, partnyorlarımız onlayn ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində təcrübələrini bölüşüb, potensial iş birliyi istiqamətində müzakirə aparıblar.
Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan “Atech” şirkətinə “Üzvlük” sertifikatı təqdim etdik.
Nəzərinizə çatdıraq ki, “Odero” ödəniş xidmətləri provayderi “Token Azərbaycan”ın onlayn ödəniş sistemləri sahəsində peşəkar maliyyə texnologiyaları təqdim edən markasıdır.
İştirak edən şirkətlər:
Atech Company
Strix
Sabiroğlu
Katan Tekstil
Azestetik
Envix Print