Ofis Ziyarəti “Soprano Technologies” – 21.05.2024

Ağıllı ev sistemləri, təhlükəsizlik, şəbəkə və server sistemləri günümüzdə modern və təhlükəsiz yaşayış tərzi üçün əhəmiyyətli rol oynayır.

Mayın 21-i bu sahədə fəaliyyət göstərən partnyorumuz “Soprano Technologies”in ofisini ziyarət etdik.

Şirkətin təsisçisi və rəhbəri Günel Allahverdiyevanın təqdimatı ilə həm evlərin təhlükəsizliyini, rahatlığını artırmağa kömək edən avadanlıqlar və xidmətlər haqqında məlumat aldıq, həm də bu sahədə təcrübələrimizi bölüşdük.

Görüşün davamında şourumda müxtəlif təhlükəsizlik sistemləri və texnologiyaları ilə əyani şəkildə tanış olduq.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan “İDEA HOME” şirkətinə “Üzvlük” sertifikatı təqdim etdik.

This will close in 0 seconds