Ofis Ziyarəti “Sharaf Media” – 08.05.2025

Marsol Group partnyorları mayın 8-i “Sharaf Media” şirkətinin ofisində qonaq olub.

Təşkil olunan çay süfrəsi ətrafında “Sharaf Media”nın rəhbəri Sərxan Şərəfovun təqdimatı ilə iştirakçılar şirkətin geniş və müxtəlif reklam xidmətləri haqqında məlumatlanıblar. Həmçinin, şirkətlərin reklam və marketinq sahəsində təcrübələri haqqında müzakirələr aparılıb.

“Sharaf Media” reklam agentliyi 2012-ci ildən etibarən effektiv və nəticə yönümlü reklam layihələri həyata keçirir. Əsas xidmətləri Google, YouTube, TV və radioda reklamlar, SMM, bilbordlarda reklam, sayt yaradılması və tanıtımıdır.

This will close in 0 seconds