Ofis Ziyarəti “Omnitech” – 16.05.2024

Mayın 16-sı baş tutan növbəti ofis ziyarətimizin ünvanı 2024-2025-ci il Marsol Group sponsoru “Omnitech” şirkəti oldu.

Sahibkarların fərqli sahələrdə təcrübələrini bölüşdüyü görüş çərçivəsində “Omnitech”in fəaliyyətləri ilə də tanış olduq. Şirkətin rəhbəri İlqar Ələkbərov pərakəndə satış, bank, maliyyə, “Fintek” və “HoReCa” kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatı haqqında partnyorlarımızı məlumatlandırdı.

Həmçinin, Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlar və layihələr departamentinin əməkdaşı Aqşin Babayev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Bakı Kob dostu mütəxəssisi Əli Əlizadə də görüşdə iştirak etdi.

Sahibkarlar adıçəkilən qurumların nümayəndələri ilə B2G formatda davam edən dialoqlarda həmsöhbət olub maraqlı müzakirələr apardılar.

Dövlət Məşğulluq Agentliyi
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
Wotmax Estate
Baku Elektrik
Land Mark
Ascend
Rəmzioğlu Paxlava
Moon Group
BF Home
Başkent
Nano