15 mart tarixində ofis ziyarətimizin növbəti ünvanı olan Net Finance şirkətinə partnyorlarımızla birlikdə qonaq olduq. Müəssisənin rəhbəri Aqşin Əsgərov çay süfrəsi ətrafında partnyorlarımızı qonaq etdi və vergi uçotu, mühasibat uçotu, miqrasiya və qeydiyyat haqqında ətraflı məlumat verdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər.
Net Finance şirkəti beynəlxalq və milli mühasibat uçotu standartlarını tətbiq etməklə yanaşı qüvvədə olan maliyyə qanunvericiliyinin tələblərini rəhbər tutaraq öz müştərilərinə dəqiq və fasiləsiz xidmət göstərməyi öz missiyası olaraq davam etdirməkdədir.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər:
İnkdustry
Moon Group
Max Transport
Baykon İnşaat
Helind
Kartpak