Ofis Ziyarəti “Lənkəran” – “İpək Yolu” – 23.05.2024

Regionlarda fəaliyyətlərimiz davam edir.

Marsol Region partnyorları və qonaqlarımızla növbəti ziyarətimiz 23 may tarixində Lənkəran şəhərində fəaliyyət göstərən “İpək Yolu” şirniyyat evinə oldu. Səmərəli görüş zamanı partnyorlarımız çay süfrəsi ətrafında öz biznesləri haqqında təqdimat edərək tanış oldular.

Dövlət qurumlarından iştirak edən qonaqlarımızda sahibkarlarla həmsöhbət olaraq onların suallarını cavablandırmaqla görüşün daha faydalı keçməsinə, B2G əlaqələrin inkişafına vasitəçi oldular. KOBİA-nın Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının tərəf və tərəfdaşlar üzrə şöbə müdiri Nahid Nağdıyev sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində davam edən fəaliyyətləri haqqında iştirakçıları məlumatlandırdılar.

Qeyd edək ki, Marsol Region partnyoru “İpək Yolu” şirniyyat evi 3 filialı ilə müxtəlif növ un məmulatlarının satışını həyata keçirir və restoran olaraq fəaliyyət göstərir.

İştirak edən dövlət qurumu nümayəndələri və partnyorlarımıza təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!