Martın 5-i sahibkarlarla birlikdə kovrolin, süni qazon, pvc, ayaqaltı pas-pas və digər döşəmə məhsullarının satışını həyata keçirən partnyorumuz “Kovrolin.az”da qonaq olduq.
Sahibkarların şourumda şirkətin məhsullarını daha yaxından araşdırması və məlumatlanması ofis ziyarətinin sevilən yanlarındandır. Bu dəfə bu təcrübəni “Kovrolin.az”da sınamaq imkanımız oldu.
Görüş çərçivəsində ilk olaraq çay süfrəsi ətrafında tanışlıq oldu. Şirkətin təsisçisi və direktoru Vahid Hüseynov həm məhsulların çeşidliliyi və keyfiyyəti həm də fəaliyyəti dövründə gerçəkləşdirilən bir çox dövlət və özəl layihələri haqqında məlumat verdi. Davamında iştirakçılar da öz şirkətlərini tanıdaraq maraqlı müzakirələr apardılar.
Daha sonra bəhs olunan məhsullarla tanış olmaq üçün şourumu gəzdik. “Hər addımınızda rahatlıq!” şüarı altında döşəmə məhsullarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış “Kovrolin.az” məhsulları ilə yaxından tanış olduq.
Sonda, 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim etdik.
İştirak edən şirkətlər:
Pro Con İzo
MGM-21
Arch Project
MT Construction
Brain of Construction
Almet Trading
Marxal Resort
Car Club
Social Lab
Arenol Group