Ofis Ziyarəti “Gültekin Logistics” – 14.05.2024

Partnyorlarla mayın 14-ü “Ofis Ziyarəti” çərçivəsində “Gültekin Logistics” şirkətini ziyarət etdik.

Çeşidli logistika fəaliyyətləri ilə 15 ildir beynəlxalq daşımalar sahəsində xidmət göstərən “Gültekin Logistics”i ziyarətimiz zamanı partnyorlarımız şirkətləri haqqında məlumat verdilər, logistika sektoru ilə əməkdaşlıq təcrübələrini bölüşərək müzakirə apardılar.

Daha sonra “Gültekin Logistics”in Azərbaycan nümayəndəliyinin rəhbəri Şirzad Mustafayev təqdimat edərək şirkətin xidmətləri haqqında məlumat verdi, gələcək hədəfləri və təcrübələrini bölüşdü.Həmçinin Marsol Group-un Şimali Kipr nümayəndəsi və “Wotmax Estate” şirkətinin rəhbəri İlhami Bilgen də görüşdə iştirak edərək şirkətin fəaliyyətləri ilə bağlı təqdimat etdi.

Sonda Marsol Group tərəfindən Şirzad bəyə xatirə hədiyyəsi təqdim olundu.

Nəzərinizə çatdıraq ki, “Gültekinlogistics” beynəlxalq daşınma mövzusunda müştəri yönümlü xidmət keyfiyyətini yüksək tutaraq logistika bazarının lider şirkətləri arasında yerini almışdır.

İştirak edən şirkətlər:

Wotmax Estate
Unicons
BRT Class
Ecolife
Sky Lift
Tehcmaster
Proglass
A Trading
Gültekin Logistics