Mayın 27-si 2024-2025-ci il üzrə Marsol Group sponsoru “ERZ Ofis Mebelləri”ndə ofis ziyarətimiz baş tutub.
Çay süfrəsi ətrafında öz biznes təcrübələrini bölüşən iştirakçılar həmçinin “ERZ Ofis Mebelləri”nin fəaliyyətləri və məhsulları haqqında fikir mübadiləsi aparıblar. Şirkətin həmtəsisçiləri Elçin Rüstəmov və Rəşad Babayev təqdimat çərçivəsində, “ERZ Ofis Mebelləri”nin məhsullarını tanıdıb, layihələri haqqında məlumat verib.
Daha sonra şourumda şirkətin məhsulları ilə yaxından tanışlıq olub.
Nəzərinizə çatdıraq ki, Azərbaycanın ən aparıcı ofis mebeli brendlərindən biri olan “ERZ Ofis Mebelləri”, səmərəli ofis və layihələr hazırlamaq, rahat iş yerləri yaratmaqdan ilhamlanaraq 2016-cı ildən ofis mebelləri, ofis kresloları, yumşaq mebel, özəl layihələr, təhsil və tədris mərkəzləri, dövlət və özəl müəssisələri üçün müxtəlif təyinatlı mebellərin sifarişini həyata keçirir.
