Partnyorlarımız bu gün ənənəvi olaraq ziyarət etdiyimiz “Birgə və Sağlam” İctimai Birliyinin Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzində olublar. Əvvəl iştirakçılar mərkəzin nəzdində fəaliyyət göstərən “Kashalata” kafesini ziyarət edib, autizmli gənclərin hazırladığı ləziz təamlardan dadaraq xoş musiqili tamaşaları dinləyiblər. Həmçinin, birliyin sədri Aytən Eynalova uşaqlar üçün təşkil olunan xüsusi təhsil və tədris metodları, eləcə də sosial mühitdə sərbəst özünü idarə etmə bacarıqlarını təkmilləşdirən təlimlər haqqında məlumat verib.
Daha sonra Autizm Mərkəzində ekskursiya baş tutub. Partnyorlarımız dərs otaqlarını və digər otaqları ziyarət edərək burada autizmli uşaqlar üçün təşkil olunan fəaliyyətlərlə yaxından tanış olublar.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
Beynəlxalq Təhsil Mərkəzi
SUN Academy
Amazon Travel
MRT Karniz
Enerji-N
SG Logistics
Greenmed
Arsi Group
Oneamz
Azlab Medical
Baku Elektrik
EFC Terrarium
Zamex
TİS(Ağıllı ev Sistemləri)