Ofis Ziyarəti “Birgə və Sağlam” İB – 07.05.2024

7 iyun tarixində Marsol Group-un sosial tərəfdaşı “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzini ziyarət etdik.

Sahibkarlarımızla birlikdə Autizm Mərkəzinin “Kashalata” kafesində səhər yeməyi baş tutdu. Birliyin sədri Aytən Eynalova fəaliyyətləri haqqında məlumat verdi, autizmli gənclərin fəaliyyət göstərdiyi kafedə onların xoş musiqili tamaşalarını dinlədik.

Görüşün sonunda, onların sosial mühitdə özünü sərbəst idarə etməsi başda olmaqla digər sosial bacarıqları yiyələnməsinə şərait yaradan dərs proqramları, idman və musiqi terapiyası kimi fəaliyyətlər üçün təsis olunmuş zal və otaqlarla tanış olduq.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.

İştirak edən şirkətlər:

Brand Media Groups
BRT Class
İdea Home
Nevroloq
Azfibernet
Darvin Medical
Handex
Biselle
Freshair
Up Motors
Celt Collages
SG Logistika
Selena Tour